Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanışlıqdan sonra kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış olublar və söhbət ediblər.
Demokrat.az dialoqu təqdim edir:
Prezident İlham Əliyev: Salamaleyküm.
Qadın sakin:Salam, xoş gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva:Xoş gördük.
Digər qadın sakin:Xoş gəlmisiniz.
Prezident İlham Əliyev:Salam.
Birinci xanım Mehriban Əliyeva:Xoş gördük, salam, gözəl.
Prezident İlham Əliyev: Necə yerləşmisiniz?
Kişi sakin:Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.
Prezident İlham Əliyev:Sağ olun.
Qadın sakin: Keçin içəri.
Prezident İlham Əliyev:Ev şəraiti necədir?
Kişi sakin: Çox əladır, hər şey əladır.
Prezident İlham Əliyev:Yaxşı, razısınızmı?
Kişi sakin:Allah sizdən razı olsun. Allah sizi qorusun.
Prezident İlham Əliyev:Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.
Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Siz özünüz buralısınız?
Kişi sakin: Bəli.
Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?
Kişi sakin:Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.
Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?
Kişi sakin:Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.
Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?
Kişi sakin:Bakıda.
Prezident İlham Əliyev: Şərait necə idi?
Kişi sakin:Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.
Prezident İlham Əliyev:İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?
Kişi sakin:Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.
Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?
Kişi sakin: Bəli, Qarakənddə idi.
Prezident İlham Əliyev:Buradan oraya məsafə nə qədərdir?
Kişi sakin:17 kilometrdir.
Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.
Qadın sakin:Çox sağ olun, minnətdarıq.
Kişi sakin:Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.
Qadın sakin:Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.
Kişi sakin:Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.
Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.
Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.
Kişi sakin:Allah köməyiniz olsun, Allah Sizi var eləsin.
Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.
Prezident İlham Əliyev: Bəli, gedək.
Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?
Kişi sakin:Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.
Prezident İlham Əliyev:Həyətyanı sahə də var?
Kişi sakin:Var, 15 sot torpaq var.
Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.
Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.
Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?
Kişi sakin: İnşallah, olacaq.
Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.
Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.
Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.
Qadın sakin:İnşallah.
Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.
Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.
Prezident İlham Əliyev:Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.


