Şou-biznes

"Mənə zəng edib dedilər ki, həmin videonu sil"

Mənə zəng edib dedilər ki, həmin videonu sil

Müğənni Səidə Sultan 8 Mart proqramı ilə bağlı yaranan müzakirələrə aydınlıq gətirib. Sənətçinin adı tədbir afişasından çıxarıldıqdan sonra məsələ sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu.

Demokrat.az xəbər verir ki, ifaçı mövzu ilə bağlı açıqlamasında bildirib ki, hadisə yayıldığı kimi deyil və qərarı özü verib. Onun sözlərinə görə, qalmaqal yaşadığı aparıcı Tarix Əliyevlə bağlı vəziyyətdən sonra prinsipial mövqe sərgiləyib.

"Mən sosial şəbəkə hesabımda video yayımlayaraq o məkana bildirmişdim ki, Vəfa ilə eyni məkanda səhnə almayacağam, ya onu, ya da məni seçməlisiniz. Və sonda bildirmişdim kimi, məkanın seçimi başqaları olarsa, demək o məkan da bayağılığa üstünlük verənlərdən biridir".

Səidə Sultan əlavə edib ki, restoran rəhbərliyi daha sonra onunla əlaqə saxlayaraq videonu silməsini istəyib.

"Daha sonra məkan tərəfindən mənə zəng gəldi və bildirdilər ki, yayımladığım videonu silim. Mən də razılaşmadım. Çünki mən heç kimi təhqir etməmişəm. Bundan sonra köməkçimə tapşırıq verdim ki, məkandan alınan min manat behi geri qaytarsın. Mən könüllü şəkildə o məkanda çıxış etməkdən imtina etmişəm, heç kəs məni çıxartmayıb."(azxəbər)

Demokrat.az

NE
Nihadə Eyyubova