AFB Bank yaz mövsümünü müştəriləri üçün daha sərfəli kredit təklifi ilə qarşılayır. Bank “Bahar Fürsəti” adlı yeni nağd pul kredit kampaniyasına start verib.
Kampaniya çərçivəsində müştərilər kreditləri 0% komissiya ilə – yəni əlavə rəsmiləşdirmə xərci ödəmədən əldə edə, eyni zamanda kredit faizlərindən 2% endirim qazana bilərlər.
Yeni kampaniya şəxsi ehtiyacları qarşılamaq və maliyyə imkanlarını daha effektiv idarə etmək istəyənlər üçün xüsusi olaraq hazırlanıb.
Kampaniyanın əsas şərtləri:
- Kredit məbləği: 50 000 AZN-dək
- Faiz dərəcəsi: 10.5%-dən başlayaraq
- Komissiya: 0%
- Müddət: 3 aydan 59 ayadək
Kampaniya 24 fevral 2026-cı ildən 31 mart 2026-cı ilədək məhdud müddət üçün qüvvədədir.
Ətraflı məlumat və onlayn müraciət üçün linkə keçid edin: https://digital.afb.az/about/203
Hazırda AFB Bank ölkə üzrə 8 filial və 4 şöbə olmaqla ümumilikdə 12 xidmət nöqtəsində müştərilərinə xidmət göstərir. Bank tərəfindən həyata keçirilən Transformasiya Strategiyası çərçivəsində müştəriyönümlü həllərin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və həm fərdi, həm də biznes müştəriləri üçün daha əlverişli imkanların yaradılması prioritet istiqamətlər olaraq müəyyən edilib.


