Son günlər “TikTok” platformasında iri ölçülü moto dəbilqə ilə bağlı paylaşımlar sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub. Sosial şəbəkədə minlərlə baxış toplayan videolarda qeyri-adi ölçüyə və fərqli dizayna malik dəbilqə istifadəçilərin marağına səbəb olub. Trendə çevrilən bu görüntülər həm sürücülər, həm də motosiklet həvəskarları arasında müxtəlif suallar yaradıb.
Araşdırmalarımız nəticəsində məlum olub ki, sözügedən iri dəbilqə əslində ticarət mərkəzlərindən biri üçün hazırlanıb. Bunu Demokrat.az-a açıqlamasında dəbilqəni hazırlayan şirkətin rəhbəriNahid Eminov deyib.
“Hazırda kask sosial şəbəkələrdə çox məşhur trenddir. Ölkəmizdə bunu həyata keçirən yoxdur. Biz də ölkədə bunu ilk dəfə həyata keçirmişik. Proyekt üzərində artıq iki aydır işləyirik. Bu kofeşop üçün hazırlanıb. Abşeron Ticarət Mərkəzinə daxil olanda ilk olan köşk kimi istifadə olunacaq və içərisində kofeşop fəaliyyət göstərəcək. Məbləğ şirkətlər arasındakı müqavilə əsasında olan bir sirdir. Qarşı tərəfdən narazılıq olmasın deyə, ətraflı açıqlaya bilmirəm. Bu iş ucuz deyil, eyni zamanda bahalı da deyil. Sadəcə çox zəhmət tələb edən, əziyyətli proyektir. Ölkədə bu tip işlər edilsə də, uğurlu alınmayıb. Bizə müraciət edilib ki, bu işin uğurlu şəkildə həyata keçirilməsinə kömək edək. Sadəcə kiminsə yarımçıq işini biz tamamlamağa çalışmırıq. Amma görünür ki, işimiz gündəmə düşübsə, deməli uğurlu alınıb.
O bildirib ki, ölkədə bir çox önəmli layihələrin müəllifidir:
"Şuşada Cıdır düzündə işğaldan sonra ilk dəfə səməni qurmuşam. Laçında şəhər günündə 25 metrlik saz düzəldib qoymuşam. Ölkədə ilk dəfə 25 metr uzunluğunda saz hazırlanıb. Bundan sonra hər il səməniləri biz qururuq. Şuşada kulinariya festivalını biz təşkil etmişik. Bakıda Formula işlərini də biz görmüşük. Ölkədə çoxdan tanınırıq və 15 ildir bu sahədəyik. Bizim işlər sadəcə qeyri-adi işlərdir, ona görə də hər dəfə səs-küy yaradır”.
Həmçinin oxu: 'SSRİ-nin Epşteyni' — Nazirin məmurlar üçün təşkil etdiyi gizli görüşlər və 18 yaşlı tələbələr... (FOTOLAR) Bahalı markaları unudun: Evdə cəmi bir neçə qəpiyə başa gəlir İftarda bu səhvi etməyin — Sulu yeməkdən sonra...
Leyla Turan Demokrat.az
@babat_kommentgönder
♬ orijinal ses - Səsli rəylər









