Mingəçevirdə qadın bıçaqlanıb, şübhəli bilinən əri saxlanılıb.
Demokrat.az xəbər verir ki,Mingəçevir şəhər ərazisində 2003-cü il təvəllüdlü T.Kərimova mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun əri, 2000-ci il təvəllüdlü E.Kərimovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
Demokrat.az


