Sosial

Məzahir Pənahovdan vəzifəli şəxslərə XƏBƏRDARLIQ — “Onlar imzatoplamada iştirak edə bilməz”

Məzahir Pənahovdan vəzifəli şəxslərə XƏBƏRDARLIQ — “Onlar imzatoplamada iştirak edə bilməz”

Deputatlığa namizədlər imzatoplama zamanı diqqətli olmalı və imzaları qanunvericiliyin tələbinə uyğun toplamalıdır.

Demokrat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, vəzifəli şəxslər, o cümlədən bələdiyyə üzvləri namizəd üçün imzatoplamada iştirak edə bilməz: “Bu cür məsələlərdə namizədlər diqqətli olmalıdır. Biz çalışırıq ki, məsələləri namizədin xeyrinə həll edək, lakin bu cür məsələlər olduğu halda biz namizədə kömək edə bilmirik”.

Demokrat.az

D
demokrat.az