Gündəm

Daha bir jurnalist deputat olmaq istəyir — FOTO

Daha bir jurnalist deputat olmaq istəyir — FOTO

Tanınmış yazıçı, jurnalist Kərim Kərimli2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Bu barədə Demokrat.az-a Kərim Kərimliözü məlumat verib.

O, hazırda ərazisində yaşadığı 12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən namizəd olmaq istədiyini bildirib:

"12 saylı Qaradağ – Binəqədi – Yasamal seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. İmza vərəqələrini yanvarın 6-da DSK-ya təqdim etmişəm. Sabah namizədliyim qeydə alınmalıdır".

Demokrat.az

D
demokrat.az