Dünya Özəl

42 yaşlı kişi ağrıkəsicidən öldü

42 yaşlı kişi ağrıkəsicidən öldü

Türkiyədə diş ağrısı səbəbindən ağrıkəsici qəbul edən 42 yaşlı Hayri Kul vəfat edib. Onun dərman içdikdən az sonra qəfildən halı pisləşib.

Demokrat.az xəbər verir ki, Kahramanmaraşın Ekinözü rayonunun Altunyaprak məhəlləsində yaşayan Hayri Kul şiddətli diş ağrısını kəsmək üçün evdəki həblərdən istifadə edib. Dərmanı qəbul etdikdən sonra qəfildən yerə yıxılan kişinin nəfəs almaqda çətinlik çəkdiyi bildirilir. Yaxınları dərhal təcili tibbi yardım xidmətinə məlumat veriblər.

Hadisə yerinə gələn həkimlər müayinə zamanı kişinin ürəyinin dayandığını müəyyən ediblər. Tibbi müdaxilələrə baxmayaraq 42 yaşlı sakinin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun cənazəsi ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi məqsədilə Kahramanmaraş Adli Tıp Kurumu morquna aparılıb. Müayinələrdən sonra o, Altunyaprak Aile Mezarlığı ərazisində dəfn edilib. Hazırda faktla bağlı araşdırmalar davam edir.

Həmçinin oxu: Martda 17 gün iş olmayacaq — Maaşlar belə hesablanacaq Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edildi 'O ailə məhz Ofelya Şabanovaya görə dağılmışdı'

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova