Maraqlı Özəl

Dilənçinin qarşısındakı cihazı görənlər gözlərinə inanmadı

Dilənçinin qarşısındakı cihazı görənlər gözlərinə inanmadı

Şanlıurfada çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Küçədə dilənçilik edən qadının qarşısına POS-terminal qoyması hər kəsi təəccübləndirib. Texnologiyanın bu sahəyə də nüfuz etməsi ətrafdakı insanların marağına səbəb olub.

Demokrat.az xəbər verir ki, həmin anları mobil telefonla lentə alan şəxs gözlərinə inanmadığını bildirib. O, dilənçinin kartla ödəniş qəbul etməsini qeyri-adi hal kimi qiymətləndirib. Görüntüləri çəkən şəxs heyrətini bu sözlərlə ifadə edib:

“Yuxumda görsəm inanmazdım. Dilənçinin qarşısında POS-terminal var. Belə şey olar? Əvvəllər deyirdilər ki, tezliklə belə olacaq, inanmırdım. Amma qadın həqiqətən bu cihazdan istifadə edir. POS-terminal ilə dilənçilik edir, yəqin vergi ödəyicisidir”.

Görüntülərdə qadının qarşısında dayanan terminalın işlək vəziyyətdə olması aydın görünür. Bu mənzərə nağdsız ödənişlərin həyatın hər sahəsinə necə daxil olduğunu bir daha nümayiş etdirir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova