Sosial

ADY: Dəmir yolu ətrafında sıx tikililər təhlükə yaradır

ADY: Dəmir yolu ətrafında sıx tikililər təhlükə yaradır

Dəmir yollarının ətrafında yerləşən sıx tikililər və nəzarətsiz ərazilər ciddi təhlükə riskini artırır.

Demokrat.az-ın məlumatına görə, Azərbaycan Dəmir Yolları (ADY) bildirir ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə əşyaların qoyulması, həmçinin nəzarətsiz heyvanların qatarların qarşısına çıxması kimi hallar daha çox müşahidə olunur.

Belə neqativ hallar maşinistləri tez-tez təcili tormozlamağa məcbur edir, amma bəzən toqquşmaların qarşısını almaq mümkün olmur.

"Təhlükəsizlik hər birimizin məsuliyyətidir. Yolların təhlükəsizliyinin təmin edilməsi üçün vətəndaşlar qaydalara riayət etməli və ehtiyatlı davranmalıdır", deyə ADY qeyd edib.

NE
Nihadə Eyyubova