Sosial

AAYDA-nın tabeliyindəki MMC-nin vergi borcu 700 min manatı keçdi

AAYDA-nın tabeliyindəki MMC-nin vergi borcu 700 min manatı keçdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Bakı 1 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vergi borcu 700 min manatı keçib.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 735.150,96 AZN vergi borcu var.

Qeyd edək ki, MMC-nin baş direktoru Həmzəyev Zaur Oktay oğludur. Zaur Həmzəyev AAYDA-nı Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğludur. Müseyib Həmzəyev isə qurumun sabiq sədri Saleh Məmmədovun ən yaxın adamlarından biri hesab edilirdi.

AAYDA-nın tabeliyindəki MMC-nin vergi borcu 700 min manatı keçdi

NE
Nihadə Eyyubova