Gündəm

"Adını kişi qoyan bir şəxs qadın paltarı geyinib gəlib min cür oyundan çıxmaz" — Elman Məmmədov

Adını kişi qoyan bir şəxs qadın paltarı geyinib gəlib min cür oyundan çıxmaz — Elman Məmmədov

Məlum olduğu kimi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏliyevayaMünxendəxaricdə yaşayan jurnalist Emin Hüseynov tərəfindən təxribat xarakterli sual səsləndirilib.Birinci xanım isə ona "qadın paltarında səfirlikdə gizlənən insan sizsiz?"deyə cavab verib.

Demokrat.az xəbər verir ki, Mehriban xanımın şillə kimi cavabınıRedaktor.az-a şərh edən deputatElman Məmmədovbildirdi ki, o da bu görüntüləri izləyib:

"Çox hörmətli birinci vitse-prezidentimiz, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva özünü jurnalist kimi təqdim edən şəxsəçox dəyərli, tutarlı və yüksək səviyyəli cavab verdi. Yəni Mehriban xanım Azərbaycan qadınının, Azərbaycan xanımının və dövlət rəhbərliyində Birinci vitse-prezident kimi təmsil olunan bir şəxs olaraq öz səviyyəsini və ləyaqətini yüksək şəkildə nümayiş etdirdi və gördünüz, sonda ona nə dedi? “Sənə cansağlığı arzu edirəm”. Yəni bununla demək istədiki, yəqin sənin tərbiyəndə, əxlaqında, mənəviyyatında kəm-kəsir çoxdur, ağlında da çatışmazlıq var, ona görə get, başını göstər. Sənə cansağlığı arzulayıram ki, özündən muğayat olasan. Adını kişi qoyan bir şəxs qadın paltarı geyinib gəlib min cür oyundan çıxmaz".

Millət vəkili həmçinin qeyd etdiki, Münxen Təhlükəsizlik KonfransındaAzərbaycan Prezidenti İlham Əliyevdövlətimizi yüksək səviyyədə təmsil etdi və bütün görüşlərdə, verdiyi müsahibələrdə Azərbaycan dövlətinin yüksək nüfuzunu və hörmətini bir daha artırdı.

"Burada əsas ana xətt kimi həmişə bir məqam nəzərdə tutulur və diqqətə çatdırılır:Azərbaycan sülhsevər dövlətdir, Azərbaycan həm bölgədə, həm də dünyada hamıya sülh arzulayır və öz sülh əlini səmimiyyətlə uzadır. Bu, Azərbaycan dövlətinin və dövlət başçısının apardığı siyasətin ana xəttidir. Hesab edirəm ki, həmin mühüm görüşdə Azərbaycan çox yüksək səviyyədə təmsil olundu, Azərbaycan həqiqətləri bir daha bəyan edildi", - deyə Elman Məmmədov əlavə etdi.

Demokrat.az

NE
Nihadə Eyyubova