Gündəm

Nazir Bakı Limanının keçmiş rəhbərinə yüksək vəzifə verdi

Nazir Bakı Limanının keçmiş rəhbərinə yüksək vəzifə verdi

Ləğv edilmiş "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadova yeni vəzifə verilib.

Demokrat.az"Report"a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov onu özünə müşavir təyin edib.

T.Ziyadov artıq vəzifəsinin icrasına başlayıb. O, həm də Azərbaycan Badminton Federasiyasının prezidenti kimi fəaliyyət göstərir.

Prezidentİlham Əliyevinötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları" QSC-nin tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı

Beynəlxalq Dəniz Limanı" MMC kimi fəaliyyət göstərməyə başlayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova