Gündəm

Bayram Nurludan partiya üzvlüyü ilə bağlı açıqlama: "Bayaqdan zənglər gəlir"

Bayram Nurludan partiya üzvlüyü ilə bağlı açıqlama: Bayaqdan zənglər gəlir

Məşhur ekstrasens, "Instagram" fenomeni Bayram Nurlu siyasətə qoşulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.az Musavat.com-a istinadən xəbər verir ki, açıqlama verən fenomen yayılan xəbərlərin əsassız olduğunu söyləyib:

“Heç bir siyasi fəaliyyətim yoxdur. Fenomenəm, blogerəm. İşim budur.Mənə səhərdən zənglər gəlir. Bilmirəm bu xəbəri kimlər nə məqsədlə yayır. Siyasətə qoşulmuram. Elə fikrim də yoxdur. Yalan xəbərdir”.

Qeyd edək ki, Bayram Azərbaycan Demokratik Maarifçilik Partiyasına üzv olmaq üçün müraciət hazırlayıb.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri hazırda Milli Məclisin deputatı kimi də fəaliyyət göstərən Elşən Musayevdir.

Demokrat.az

NE
Nihadə Eyyubova