AzTV sədri aparıcı olduğu “Həftə” proqramında ilk dəfə dövlətə xəyanətdə ittiham edilən Ramiz Mehdiyevdən danışıb.
Rövşən Məmmədov onun dövründə ölkə mediasına da zərbə vurulduğunu bildirib və əcnəbi filmdən bir soyunma səhnəsini də nümayiş etdirib.
Qeyd edək ki, AzTV sədrinin adı mediada dəfələrlə Ramiz Mehdiyevlə hallandırılıb. Mətbuatda Mehdiyevin adamı olmasına dair mülahizələrə sədr indiyədək birbaşa cavab verməsə də, bu material üzərindən iddiaları atmağa çalışma cəhdi kimi də qəbul oluna bilər. (Azərbaycan.24)
View this post on Instagram


