Gündəm

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? — Prezident açıqladı

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? — Prezident açıqladı

Prezidentİlham ƏliyevMünhendə Azərbaycan telekanallarına müsahibəsində bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə aydınlıq gətirib.

Demokrat.azAZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı suala cavabında deyib: "Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın

Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib".

Demokrat.az

NE
Nihadə Eyyubova