Şirvanda keçmiş həyat yoldaşını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilənTural Qanbayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.azAPA-ya istinadənxəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Tural Qanbayev14 il müddətinəazadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il oktyabr ayındaŞirvan şəhərindəbaş verib. Təqsirləndirilən Tural Qanbayev keçmiş həyat yoldaşıLamiyə Qanbayevayaailə-məişətmünaqişəsizəminində baş verən mübahisə nəticəsində 11 bıçaq zərbəsi vurub, sonra sirkə turşusu içərək intihara cəhd edib.
Qeyd edək ki, LamiyəQanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Demokrat.az


