Qabyuyan maşın gündəlik həyatımızı asanlaşdıran ən vacib texnikalardan biri olsa da səhv istifadə bütün əməyimizi boşa çıxara bilər. Bir çox ev xanımı qabların təmiz çıxmamasından şikayətlənsə də əslində problem yuyucu vasitədə yox, qabların yerləşdirmə qaydasındadır. İlk baxışda adi görünən bu məqam əslində mükəmməl təmizliyin əsas açarıdır.
Demokrat.az xəbər verir ki, xüsusilə çəngəl və qaşıqların yerləşdirilməsi xüsusi diqqət tələb edir. Su və yuyucu vasitənin çirkli səthlərə birbaşa təmas etməsi üçün mütəxəssislər qızıl qaydanı açıqlayıblar. Belə ki, qaşıq və çəngəllərin sap hissəsi aşağı, istifadə olunan baş hissələri isə yuxarı baxmalıdır. Bu üsul suyun çirkli hissələrə daha rahat çatmasını təmin edərək ləkələri tamamilə təmizləyir. Bıçaqlar məsələsində isə təhlükəsizlik ön plana keçir. Əlinizi kəsməmək üçün bıçaqların iti ucunu aşağı, sapını isə yuxarı istiqamətdə yerləşdirmək lazımdır.
Həmçinin oxu: 'Sən arvad almamışdan öncə kiminsə arvadı idin' 'Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı' 'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'
Keyfiyyətli nəticə üçün səbəti həddindən artıq doldurmaqdan qaçınmaq vacibdir. Alətlər bir-birinə çox sıx yerləşdirildikdə suyun dövranı çətinləşir və nəticədə bəzi qablar natəmiz qalır. Əgər qabların üzərində yemək qalıqları quruyubsa onları maşına qoymazdan əvvəl qısa müddət suda saxlamaq işinizi daha da asanlaşdıracaq. Bu xırda detallara əməl etməklə həm qablarınızın ilk dəfədən parıldamasını təmin edər, həm də artıq enerji və su israfının qarşısını almış olarsınız.
Aytən Demokrat.az


