Şou-biznes

Adı əxlaqsızlığa görə tutulanlar sırasında idi — Belə reaksiya verdi

Adı əxlaqsızlığa görə tutulanlar sırasında idi — Belə reaksiya verdi

Məşhur aktyor Hamdi Alkanın qızı Zeynep Alkan adının "OnlyFans" platforması ilə bağlı cinayət işində hallanmasına kəskin reaksiya verib. İstanbulda həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan 25 nəfər arasında eyni ad və soyadı daşıyan şəxsin olması cəmiyyətdə yanlış anlaşılmaya səbəb olub. Mövzu ilə bağlı açıqlama yayımlayan gənc aktrisa haqqında çıxarılan həbs qərarı ilə əlaqəsinin olmadığını və bu qarışıqlığın tamamilə ad bənzərliyindən qaynaqlandığını vurğulayıb.

Demokrat.az xəbər verir ki, hazırda təhsili ilə bağlı uzun müddətdir Amerikada yaşadığını xatırladan Alkan bu cür iddiaların əsassız olduğunu bildirib. O qeyd edib ki həyatının heç bir mərhələsində sözügedən platformada hesabı olmayıb: "Mənim haqqımda çıxdığı deyilən araşdırma ilə heç bir əlaqəm yoxdur. Mənə aid hər hansı hesab mövcud deyil. İstəyənlər lazımi araşdırmanı apara bilər. Təhsil məqsədilə ABŞ-yə getdiyim tarixdən bəri uzun müddətdir orada yaşayıram".

Həmçinin oxu: 'Sən arvad almamışdan öncə kiminsə arvadı idin' 'Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı' 'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'

Xatırladaq ki İstanbul Polis İdarəsinin keçirdiyi əməliyyat cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması və qeyri-etik məzmunların yayılması maddələri üzrə baş tutub. İstintaq materiallarına görə şübhəlilər sosial şəbəkə hesabları vasitəsilə izləyicilərini ödənişli və qapalı məzmunlara yönləndirərək qanunsuz qazanc əldə ediblər. "Survivor" yarışması ilə tanınan Zeynep Alkanın isə bu proseslərdə sadəcə ad oxşarlığının qurbanı olduğu üzə çıxıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova