Şou-biznes

"Sən arvad almamışdan öncə kiminsə arvadı idin"

Sən arvad almamışdan öncə kiminsə arvadı idin

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib.

Demokrat.azmilli.az-a istinadən xəbər verir ki, o, ad çəkmədən həmkarlarından birinə sərt sözlər ünvanlayıb.

Əliyev paylaşımında qarşı tərəfi şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı ittiham edib. O, bunları yazıb:

"Sən arvad almamışdan öncə kiminsəarvadı idin. Kişilikdən danışacaqaxırıncı adamsan. Natamamlıqdan danışırsan, ağzımı niyə açırsan? Hansı kişilikdən danışırsan? Cavan müğənniləri kabinetlərə kimlərin yanına aparırsan? Bilmirsən səni yerləbir edərəm. Sənin evinə gəlib girərəm. Bu dəfə adını çəkmirəm".

Aparıcının bu sözləri sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın kimə ünvanlandığı ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər. Tarix Əliyev isə hələlik qarşı tərəfin adını açıqlamayıb.

Həmçinin oxu: 'Məni bədbəxt etdi, diz çöküb ayağından öpdüm, olmadı' 'Daha uşağa baxmağa səbrim çatmır, yetimxanaya verəcəyəm'

Demokrat.az

NE
Nihadə Eyyubova