Birbanktəqaüdçülər üçün maliyyə rahatlığını artıran yeni fürsət təqdim edir. Belə ki, bankdan təqaüd alan şəxslərə özəl sərfəli nağd kredit kampaniyasına start verilir. Kampaniya çərçivəsində müştərilər “Gündəlik tələbat krediti” üzrə 3%-dəkendirimdən yararlanaraq hər 4000 AZN kredit üçün aylıq cəmi 100 AZN-dən başlayan ödəniş imkanı əldə edirlər. Xüsusi təklif 11 fevral – 10 mart tarixlərindəkeçərlidir.
Kampaniya yalnız Birbankmüştəriləri üçün deyil. Digər banklardan təqaüd alan vətəndaşlar da bu fürsətdən rahatlıqla yararlana bilirlər. Kredit üçün müraciət prosesi isə olduqca sadə və rahatdır.Birbankmobil tətbiqində kredit bölməsinə daxil olaraq, müvafiq məlumatlarıdoldurmaqlamüraciəti qısa müddətdərəsmiləşdirməkmümkündür. Həmçinin kredit müraciətini sizə ən yaxın Kapital Bank/Birbankfilialında da həyata keçirmək olar.
Ətraflı məlumat üçün: https://www.b-b.az/tkpr .
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


