Alimlər qlobal istiləşmə səbəbindən Yerin iqlimində geri dönməz dəyişikliklərin baş verəcəyini proqnozlaşdırıblar.
Demokrat.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məqalədə qeyd olunur ki, istiləşmə cəhənnəm iqliminə, yəni “istixana Yeri” adlandırılan yeni və ekstremal iqlimə gətirib çıxara bilər. Bu, +2–3°C temperatur artımından çox daha ciddi olacaq.
ABŞ Yerüstü Ekosistemlər Tədqiqat Assosiasiyasından alim Kristofer Volf bildirib ki, kritik dəyişikliklərin dəqiq nə zaman baş verəcəyini proqnozlaşdırmaq çətindir. Onun sözlərinə görə, iqlim dəyişiklikləri ekspertlərin proqnozlaşdırdığından daha sürətlə inkişaf edir.
2025-ci ilin oktyabr ayının sonunda ABŞ prezidenti Donald Tramp bildirib ki, o, iqlim dəyişikliyi barədə aldadıcı məlumatlara müharibədə qalib gəlib. Sonra isə "Microsoft"un həmtəsisçisi və milyarder Bill Qeyts öz baxışlarının səhv olduğunu etiraf edib.
Tramp bu açıqlamanı Bill Qeytsin "Gates Notes" saytında dərc olunan məqaləsinə münasibət bildirərkən verib. Məqalədə Qeyts qlobal istiləşmənin qarşısını almağa çalışmaq əvəzinə xəstəliklər və yoxsulluqla mübarizəyə diqqət yetirməyi tövsiyə edir. Tramp isə vurğulayıb ki, iqlim dəyişikliyi ciddi nəticələrə səbəb olacaq, xüsusilə kasıb ölkələr üçün, lakin bu, bəşəriyyətin mövcudluğu üçün təhlükə yaratmayacaq.
Jalə Demokrat.az


