Cəmiyyət Özəl

Sahib Əsgərova icra hakimiyyətində yüksək vəzifə verildi — ÖZƏL

Sahib Əsgərova icra hakimiyyətində yüksək vəzifə verildi — ÖZƏL

Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) yeni baş memarı təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Əsgərov Sahib Cahangir oğlu təyin edilib. Baş memar bu postda həm Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, həm də Memarlıq-tikinti məsələləri sektorunun müdiri vəzifələrini icra edəcək.

Qeyd edək ki, S.Əsgərov bundan əvvəl ləğv edilmiş Memarlıq və tikinti şöbəsində aparıcı məsləhətçi (mühəndis) işləyib.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova