2029-cu ilin sonunda “AFB Bank”ın cəmi aktivlərinin 1 milyard manata çatdırılması nəzərdə tutulur.
Demokrat.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “AFB Bank” ASC-nin İidarə Heyətin sədri Amid Qəmbərov bildirib
“Biz hədəfləmişik ki 2029-cu ilin sonunda 1 milyard manatlıq bank olaq” - Bankın sədri deyib.
“AFB Bank”ın İdarə Heyəti sədrinin müavini Lalə Quliyeva əlavə edib ki, 2029-cu ilin sonunda Bankın cəmi aktivlərinin 70 faizinin və ya təxminən 700 milyon manatının müştərilərə verilmiş kreditlər, o cümlədən, cəmi kredit portfelinin təxminən 20 faizinin aqrar kreditlərin təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, 2025-ci ilin sonunda “AFB Bank”ın cəmi aktivləri 423 milyon manat, o cümlədən kredit portfeli təxminən 300 milyon manat təşkil edib.


