“AFB Bank” olaraq 2026-cı ildə aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”.
Demokrat.azxəbər verir ki, bunu keçirilən mətbuat konfransında “AFB Bank” ASC-nin İidarə Heyətin sədri Amid Qəmbərov bildirib
Sədrin sözlərinə görə, “AFB Bank”ın aqrar kredit portfeli 2025-ci ildə 2024-cü cü illə müqayisədə 399,5% artaraq 37,7 milyon manata çatıb.
“Aqrar kreditlərə təlabatın artdığını görürük, 2026-cı ildə aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik. Bilirsiniz ki, aqro kreditləri xüsusi risk qruplarında olan bir kreditlərdir. Amma buna baxmayaraq, bu istiqamətdə biz inkişaf edəcəyik.”, - Bankın sədri deyib.


