"Kurtlar Vadisi" serialının aktrisası Şıvqa Gerez vəfat edib.
Demokrat.az xəbər verir ki, "Kurtlar Vadisi" serialında Cerrahpaşalı qardaşların bacısı rolu ilə yadda qalan aktrisa Şıvqa Gerez bir müddətdir xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, o, aylar əvvəl sosial media hesabında paylaşım edərək "Xərçənglə mübarizəmiz başladı. İnşallah, bunu ən yaxşı şəkildə yola salacağıq" yazıb izləyicilərindən dua istəmişdi.
Demokrat.az


