Gündəm

Süleymaninin dəfnində ölənlərin sayı 65 nəfərə çatdı — YENİLƏNİB

Süleymaninin dəfnində ölənlərin sayı 65 nəfərə çatdı — YENİLƏNİB

İranın Kerman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaranmış izdihamda ölənlərin sayı artıb.

APA-nın Tehran bürosunun Kerman Tibb Universitetinin Ekspertiza Mərkəzinə istinadla verdiyi məlumata görə, ölənlərin sayı 65 nəfərə çatıb.

Yaralılar isə 200 nəfərdən çoxdur.

***

İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdiham çox sayda insan ölüb.

Demokrat.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, dəfn mərasimində insidentdə 35 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.

Demokrat.az

D
demokrat.az