Siyəzən rayonunda bədbəxt hadisə baş verib.
Demokrat.az xəbər verir ki, rayon sakini Cəfərov İzzət Zaur oğlu bu gün günorta saatlarında yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib. Məlumata görə, hadisə zamanı o, evdə tək olub.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Kənan Demokrat.az



