Sosial

Deputat olmaq istəyən icra başçısı məzuniyyətə çıxdı

Deputat olmaq istəyən icra başçısı məzuniyyətə çıxdı

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovun 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 123 saylı Kəlbəcər Seçki Dairəsindən namizədliyi qeydə alınıb.

Demokrat.az-ın xəbərinə görə, bu barədə icra başçısı özü məlumat verib.

A.Məmmədov imzatoplama kampaniyasında ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Bəzən işlərin çoxluğundan vətəndaşlarla şəxsən görüşə bilmirdim. Yeni Azərbaycan Partiyası tərəfindən müəyyənləşdirilmiş şəxslər bu işdə aktiv fəaliyyət göstərdilər. Bizim yaşadığımız ərazidə də oldular. El ağsaqalları öz xeyir-duasını da verdi. Hamımız üçün uğurlu olsun”.

İcra başçısı qeyd edib ki, yanvarın 7-dən etibarən məzuniyyətə çıxacaq:“Sabahdan etibarən öz hesabıma məzuniyyətə çıxıram. Bu müddətdə icra başçısı səlahiyyətlərini birinci müavin Eldəniz Mehtiyev icra edəcək”. (Modern.az)

Demokrat.az

D
demokrat.az