Sosial

Səhhəti yaxşılaşan Oqtay Gülalıyev əllərini hərəkət etdirdi

Səhhəti yaxşılaşan Oqtay Gülalıyev əllərini hərəkət etdirdi

“Atam Oqtay Gülalıyevin səhhətində müsbət hallar artmağa başlayıb”.

Demokrat.az-ın məlumatına görə. Bunu Türkiyədəki “American Hastanesi”ndə müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

“Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub. Hərarəti normaldır. Həmçinin hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidi ilə”, - deyə oğlu qeyd edib.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda neyrocərrahiyyə əməliyyatı olunub.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə Gülalıyevi müayinə etmək üçün gələn türk həkimlər onu müalicə üçün Türkiyəyə aparmağı tövsiyə ediblər.

Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula aparılıb və "Avrasiya" klinikasına yerləşdirilib. Noyabrın 19-da o, "Amerika Xəstəxanası"na köçürülüb, ertəsi gün burada baş beyindən maye çəkilməsi üzrə neyrocərrahiyyə əməliyyatı olunub.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Demokrat.az

D
demokrat.az