Sosial

Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR

Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Peyk kənd tam orta ümumtəhsil məktəbinin binasında kənd sakinləri ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, aidiyyəti idarə, müəssisə və təşkilatların, eləcə də xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Görüş zamanı dövlət–vətəndaş münasibətləri, ölkə rəhbərliyi tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğı, həmçinin respublikada və Salyan rayonunda aparılan quruculuq işləri barədə məlumat verilib. Daha sonra sakinləri narahat edən məsələlər dinlənilib.

Rayon icra hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini fərdi qaydada dinləyərək qaldırılan problemlərin qısa zamanda həlli üçün müvafiq tapşırıqlar verib. Əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə göstərişlər verilib.

Rüstəm Xəlilov vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə icra edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR
Rüstəm Xəlilov kənd sakinləri ilə görüşdü — FOTOLAR

NE
Nihadə Eyyubova