Şou-biznes

"Sənə ərim lazımdırsa..." — Aytəkin izləyicisini susdurdu

Sənə ərim lazımdırsa... — Aytəkin izləyicisini susdurdu

Tanınmış aparıcı Aytəkin Mərdanova övladları ilə birlikdə Çexiyanın paytaxtı Praqaya istirahətə yollanıb.

Demokrat.azxəbər verir ki, tanınmış simanın Avropa gəzintisindən paylaşdığı fotolar sosial şəbəkə istifadəçiləri tərəfindənmaraqla qarşılanıb.

İstirahət anlarını izləyiciləri ilə bölüşən aparıcı fotoların altına gələn rəylərdən birinə kəskin reaksiya vermək məcburiyyətində qalıb. Bir sosial şəbəkə istifadəçisinin onun ailə vəziyyəti ilə bağlı yazdığı "Bunun da əri yoxdur" rəyi Aytəkin Mərdanovanı özündən çıxarıb. Aparıcı həmin şəxsə cavab olaraq həyat yoldaşının olduğunu və bu cür sualların yersizliyini vurğulayan sərt mesaj ünvanlayıb. O, "Var... Lazımdırsa, səninlə əlaqə saxlasın" sözləri ilə həmən izləyicini susdurub.

Qeyd edək ki, Aytəkin Mərdanova uzun illərdir televiziya məkanında müxtəlif layihələrlə çıxış edir və şəxsi həyatını adətən mətbuatdan kənar tutmağa üstünlük verir.

Demokrat.az

NE
Nihadə Eyyubova