Gündəm

Xəstəxanaya yerləşdirilən Xalq artistimizin son durumu ilə bağlı AÇIQLAMA — VİDEO

Xəstəxanaya yerləşdirilən Xalq artistimizin son durumu ilə bağlı AÇIQLAMA — VİDEO

Tanınmış rejissor, Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, sənətçinin həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib ki, Aağakişi Kazımov insult keçirib və hazırda 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə olunur.

Xalq artisti ötən il noyabrın 28-də ad günündə yıxılıb. Ondan sonra yüngül insult keçirib. Elə o vaxtdan vəziyyəti pisləşməyə başlayıb.

Xəstəxanadan A. Kazımovun son durumu ilə bağlı “Xəzər Xəbər”ə açıqlama verilib.

Qeyd edək ki, Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Demokrat.az

D
demokrat.az