Şou-biznes

Fatihin vəsiyyəti açıqlandı

Fatihin vəsiyyəti açıqlandı

Mərhum müğənni Fatih Ürəkin həyatda ən çox istədiyi vəsiyyəti açıqlanıb.

Demokrat.az-ın məlumatına görə, müğənni bir proqramda adıma bir xeyriyyə fondu qurmaq və məktəb tikdirmək istədiyini bildirib:

“Öz adıma bir xeyriyyə fondu istəyirəm. Həyatımda ən çox istədiyim şey adıma bir məktəb tikilməsidir. Məktəblərə ehtiyacımız var. Uşaqları görəndə ağlayıram”.

Qeyd edək ki, Fatih Ürek ötən il oktyabrın 15-də evində infarkt keçirmiş və dörd ay reanimasiyada qalmışdı. Müğənni iki gün əvvəl dünyasını dəyişib.

NE
Nihadə Eyyubova