Alimlərin apardığı genişmiqyaslı araşdırmaya görə gündəlik qida ehtiyacını ən balanslı şəkildə qarşılayan məhsullar müəyyənləşdirilib. 1 000-dən çox xam qidanın təhlili əsasında hazırlanan siyahıda ürək, beyin, bağırsaq və immun sistemi üçün faydalı olan yeddi qida ön plana çıxır.
Demokrat.az xəbər verir ki, BBC-nin elmi mənbələrə istinadla yaydığı məlumatda qeyd olunur ki, bu qidalar yüksək vitamin, mineral və antioksidant tərkibi ilə seçilir.
Badam – E vitamini, lif və faydalı yağ turşuları ilə zəngindir. Araşdırmalar badamın “pis” xolesterolu azaltdığını, ürək-damar sağlamlığını və bağırsaq florasını yaxşılaşdırdığını göstərir.
Tərə – C və E vitaminləri, dəmir və polifenollarla zəngindir. Bəzi tədqiqatlarda iltihabı azaltdığı və ürək xəstəlikləri riskini aşağı saldığı qeyd olunur.
Çuğundur yarpaqları – Antioksidant və mineral baxımından kökündən daha zəngin hesab olunur. Hüceyrələri oksidativ stressdən qoruduğu müəyyən edilib.
Çia toxumu – Yüksək lif və omega-3 tərkibi ilə seçilir. Öğüdülmüş halda qəbul edildikdə qida dəyəri daha yaxşı mənimsənilir.
Balqabaq tumu – Faydalı yağ turşuları sayəsində ürək və sinir sistemi üçün faydalıdır. Bəzi araşdırmalar yaddaş və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini ortaya qoyur.
Zəncirotu yarpaqları – A, C və K vitaminləri ilə zəngindir. İmmuniteti gücləndirdiyi və iltihab əleyhinə təsir göstərdiyi bildirilir.
Bu qidalar ayrı-ayrılıqda möcüzə yaratmasa da, balanslı və davamlı qidalanma çərçivəsində müntəzəm istehlak edildikdə sağlamlığa əhəmiyyətli töhfə verə bilər.
Kənan Demokrat.az


