2025-ci il üçün dünyanın ən dadlı və ən dadsız mətbəxlərinin reytinqi dərc olunub.
Demokrat.az xəbər verir ki, “World Population Review” nəşrinin apardığı araşdırmaya əsasən, 99 ölkə arasında ən dadlı mətbəx Yunanıstana məxsusdur. Siyahıda Yunanıstandan sonra İtaliya, Meksika, Türkiyə, İspaniya, Portuqaliya, İndoneziya, Fransa, Yaponiya və Çin yer alıb. Nəşr Yunan mətbəxinin sadəliyi, təzə məhsullardan istifadə olunması və düzgün hazırlanma üsulları ilə seçildiyini qeyd edib.
Azərbaycan mətbəxi reytinqdə 56-cı pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələri arasında ən yaxşı göstərici Gürcüstana aiddir. Bu ölkə siyahıda 30-cu yerdədir. Rusiya 34-cü, Litva 39-cu, Ukrayna 43-cü, Belarus 75-ci, Latviya isə 78-ci pillədə qərarlaşıb.
Araşdırmaya görə, Qazaxıstan və Ermənistan mətbəxləri ən zəif qiymətləndirilənlər sırasındadır. Hər iki ölkə müvafiq olaraq 92-ci və 93-cü yerləri tutub. Reytinqin son pillələrində isə Nikaraqua, Laos və Boliviya mətbəxləri yer alıb.


