Dünya

Bu ölkədə qızıldan küçə salınacaq

Bu ölkədə qızıldan küçə salınacaq

Birləşmiş Ərəb ƏmirliyininDubay şəhərində qızıldan küçə salınması planlaşdırılır.

Demokrat.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Bildirilir, küçənin inşasında qızıldan istifadə olunacaq. Lakin bunun konkret olaraq hansı formada həyata keçiriləcəyi hələlik tam açıqlanmayıb. Qızıl küçəDubayda fəaliyyət göstərən məşhur Qızıl Bazarının yenidən brendləşdirilməsi çərçivəsində yaradılan "Dubai Gold District"layihəsinin bir hissəsi olacaq.

Sözügedən ərazi Dubayın Deyra rayonunda yerləşir və burada qızıl və zinət əşyaları satışı ilə məşğul olan təxminən minə yaxın ticarətçi fəaliyyət göstərir. Qızıl küçənin açılış tarixi hələ elan olunmayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova