Siyasət

"Əminəm ki, Gəncədən seçiləcək deputatlar yaltaqlıqdan uzaq olacaq" — Aydın Abbasov

Əminəm ki, Gəncədən seçiləcək deputatlar yaltaqlıqdan uzaq olacaq — Aydın Abbasov

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov özünün feysbuk səhifəsində Azərbaycanda keçiriləcək parlament seçkisi barədə post paylaşıb.

Demokrat.az xəbər verir ki, bəzi eyhamlı fikirlər səsləndirib və qeydiyyata alınan şəxsləri təbrik edib:

“Birdən düşündüm ki, illər öncə mən və bu gün də dostluq etdiyim dostlarım seçki həyəcanını bərabər yaşadıq.

Tam səmimi deyəcəm, kimsənin də xətrinə dəyməsin, misal olaraq elə Gencəyə nəzər salacam.

Doğrusu, bu məsələlərdən uzaq olmağım o demək deyil ki, bu vacib siyasi proseslərlə maraqlanmıram.

Birincisi, tam əminəm ki, Gəncədən seçiləcək deputatlar yaltaqlıqdan uzaq, gədəlikdən uzaq, fitnədən uzaq, dövlətinə sonuna qədər sadiq, şəhər sakinlərinin hörmətini qazanan, siyasi baxışlarından sılı olmayaraq, ədəb və adət ənənəyə sadiq olacaqlar.

Ən önəmlisi bir-birinizə əxlaq çərçivəsində davranmağınız vacibdi. Unutmayaq ki, bu şəxsi mübarizə deyil, bu, sadəcə sınaqdır və qalib gələn ürəklərdə ola bilən insandir!”

Aydın Abbasov sonra öz millət vəkilliyi barədə qeydlə edib:

““Gəncə səs verir Gəncə şüarı” ilə Allah mənə gözəl şəhərimi Milli Məclisdə təmsil etməyə nəsib etmişdir. O da ki təsadüf deyildi.

Mən Azərbaycan dövlətinin öndə gedən dövlət adamının oğlu idim və bununla bərabər doğal haqqım olan seçilmək hüququmdan istifadə etdim, yəni atamın yaşadığını mən də yaşamaq istədim və yaşadıqlarım mənə böyük məktəb oldu.

Yaşadqlarımı nəzərə alaraq, bu məsələlərlə bağlı son sözümü yazıram: Heç kəs ideal deyil, amma bir dəyyus ki, dəyyus damğasını alıb, onu heç kimsə əks-dəyyus edə bilməz!

Əziz qeydiyyatdan keçən dostlarım, işinizi rahat şəkildə görün, seçki prosesi çox maraqlı və dost qazandıran şanslardan biridir!!!

Əziz gəncəlilər, inandığınız övladlarınıza, böyüklərinizə, gardaş və bacılarınıza səs verin!"

​Demokrat.az

D
demokrat.az