Dünya Özəl

Televiziya yayımlarına nəzarət sərtləşdi: RTÜK-dən cəza qərarı

Televiziya yayımlarına nəzarət sərtləşdi: RTÜK-dən cəza qərarı

Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) izləyici şikayətləri əsasında bir sıra televiziya layihələri barədə inzibati para cəzası qərarı verib.

Demokrat.az xəbər verir ki, RTÜK-ün açıqlamasına görə, Kanal D-də yayımlanan “Güller ve Günahlar” serialında milli və mənəvi dəyərlərə zidd məzmunun yer aldığı əsas gətirilərək kanala cərimə tətbiq olunub.

NOW TV-də yayımlanan “Kıskanmak” serialının isə ailə institutuna zərər verdiyi, gənc izləyicilər üçün mənfi nümunə yaratdığı və zorakılığı adi hal kimi göstərdiyi bildirilib. Bu səbəbdən kanal inzibati məsuliyyətə cəlb edilib.

Həmçinin STAR TV-də efirə gedən “Nur Viral ile Sen İstersen” proqramında mübahisəli münasibətlərin reytinq məqsədilə ön plana çıxarıldığı qeyd olunaraq, kanala inzibati para cəzası verilib.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova