Sənaye və energetika

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Qızılın qiyməti tarixi maksimumunu yenilədi

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 150 dolları keçərək, yeni rekord səviyyəyə çatıb.

Demokrat.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 01:21-ə olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 5 151.4 dollar (+1.36%) təşkil edib.

Saat 01:31-ə doğru qızılın qiyməti trua unsiyası üçün 5 145 dollara (+1.23%) düşüb.

D
demokrat.az