Samuxda baş verənyol-nəqliyyat hadisəsizamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Samux Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə bu gün saat 9 radələrində 3 nəfər (qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Samux rayonunda mikroavtobus idarəetmədən çıxaraq aşıb. Bir nəfər həyatını itirib.(oxu.az)


