Türkiyədə tanınmış simalarla bağlı aparılan narkotik araşdırması üzrə yeni detallar üzə çıxıb.
Demokrat.az xəbər verir ki, “Sözcü” qəzetinin yaydığı məlumata əsasən cinayət işi çərçivəsində daha 20 nəfərin narkotik testi yekunlaşdırılıb. Testlərin nəticələrinə görə, 14 nəfərdə narkotik maddə istifadəsi aşkarlanıb, 6 nəfərin nəticəsi isə mənfi olub.
Məlumata görə, testi pozitiv çıxan şəxslər arasında Türkiyədə böyük izləyici auditoriyasına malik “Kızılcık şerbeti” serialının baş rol ifaçısı Doğukan Güngör də var.
Araşdırma çərçivəsində adı hallanan şəxslərlə bağlı hüquqi prosedurlar davam edir. Rəsmi qurumlar istintaqın gedişi ilə bağlı əlavə məlumatların mərhələli şəkildə açıqlanacağını bildirirlər.
Kənan Demokrat.az


