Göygöl rayonunda bıçaqlanma hadisəsi ölüm ilə nəticələnib. Belə ki, bıçaq xəsarətləri alan rayon sakini xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Demokrat.azAvtosfer.az-a istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Rəşad Əmrahov Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, xəstəxanada vəfat edib.
Hadisənin hansı şəraitdə və harada baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.


