Son illər paytaxt Bakıda və ətraf ərazilərdə müşahidə olunan subasma hallarının təkcə mövsümi yağışlarla əlaqəli olmadığı deyilir. XüsusiləAbşeronyarımadasında təbii tarazlığın pozulması, vaxtiləsuhövzəsi olan ərazilərin yaşayış massivlərinə çevrilməsi bu problemləri daha da dərinləşdirib. Ekoloqların da vurğuladığı kimi, göllərin qurudulması torpağın suyu qəbuletmə qabiliyyətini azaldır və nəticədə yağış sularıçıxışyolu tapmayaraq evlərə, küçələrə dolur. Bu isə insanları düşündürən daha böyük təhlükələrin xəbərçisidir.
Bəs göllərin qurudulduğu ərazilərdə tikilən evlərdə yaşamaq gələcəkdə hansı ekoloji və sağlamlıq problemlərinə səbəb ola bilər?
Demokrat.az xəbər verir ki, Globalinfo.az-a danışan ekspert, tibb üzrə elmlər doktoruAdil Qeybulladeyib ki, Bakıdakıtikintibumu, eləcə də ümumilikdə drenaj sistemlərinin kobud şəkildə məhv edilməsi öz təsirini göstərir:
“Çünki ərazidə əvvəllər mövcud olan təbii drenaj sistemləri yağış sularının torpaq vasitəsilə süzülərək yeraltısuhövzələrinə və çaylara yönəlməsini təmin edir, bununla da torpağın özünü təmizləməsinə şərait yaradırdı. Lakin hazırda bu sistem ciddi şəkildə pozulub. Bir çox ərazilərdə torpağın suyu hopdurma qabiliyyəti azalıb, geniş sahələr asfaltlanıb, sıxtikintiaparılıb. Nəticədə yağış sularının sorulması üçün nəzərdə tutulan torpaq sahələri xeyli dərəcədə məhdudlaşıb, eyni zamanda bir sıra təbii drenaj yolları dağıdılıb və ya bağlanıb. Digər tərəfdən, yeni salınanküçəvə prospektlərdə yağış sularının kanalizasiya vasitəsilə axıdılması üçün qurulan aktiv drenaj sistemləri də yetərincə keyfiyyətli deyil”.
A.Qeybulla bildirib ki, mövcud kanalizasiya infrastrukturu yerüstüsuaxınının real həcminə uyğun layihələndirilmədiyindən, azacıq intensiv yağıntı zamanı belə yaranan yükü qarşılaya bilmir:
“Bu baxımdan hesab edirəm ki, Bakının kanalizasiya və drenaj infrastrukturu köklü şəkildə yenidən nəzərdən keçirilməli və müasir tələblərə uyğun qurulmalıdır. Dünyanın əksər ölkələrində yeni yaşayış massivi salınarkən, təkcə binalar deyil, eyni zamanda aktiv drenaj və kanalizasiya sistemləri, məktəblər,uşaqbağçaları, poliklinikalar və digər sosial-texniki infrastrukturlar kompleks şəkildə planlaşdırılır. Bakıda isə tez-tez köhnə tikililər sökülür və onların yerində dərhal yeni binalar inşa edilir. Lakin bu binaların infrastrukturu necə təmin olunacaq, tullantılarının və yağış sularının hara yönləndiriləcəyi nəzərə alınmır. Təəssüf ki,Bakışəhəri bu gün ciddi ekoloji problemlərlə üz-üzədir və mövcud yanaşma dəyişmədiyi təqdirdə bu problemlər gələcəkdə də vaxtaşırı özünü göstərəcək”.
Sağlamlıq məsələsinə gəlincə, A.Qeybulla deyib ki, binaların alt mərtəbələrində, xüsusilə ventilyasiya şaxtası adlandırılan sahələrdə havalandırmanın təmin edilməsi və düzgün qurulması son dərəcə vacib şərtdir:
“Çünki binada daimi nəmişlik olduqda beton konstruksiyalar rütubəti özünə çəkir və bu da müxtəlif sağlamlıq problemlərinə səbəb olur. Sovet dövründə bu hallar əsasən revmatik xəstəliklərlə – oynaq ağrıları ilə müşayiət olunan narahatlıqlar kimi qeyd edilirdi. Hərçənd bu termin hazırda beynəlxalq tibdə geniş istifadə olunmasa da, problemin özü mövcuddur və ciddi narahatlıq doğurur. Xroniki xəstəliklər baxımından rütubətli mühitlər xüsusilə təhlükəlidir. Belə yerlərdə ağcaqanadların çoxalması, müxtəlif mikroorqanizmlərin və göbələklərin inkişafı insan sağlamlığı üçün ciddi risk yaradır. Divarlarda göbələk və kifin əmələ gəlməsi, hətta az miqdarda olsa belə, orqanizmə mənfi təsir göstərir. Bundan əlavə, ventilyasiya şaxtaları olmayan binalarda boru xətlərinin zamanla çürüməsi baş verir ki, bu da öz növbəsində müxtəlif mikroorqanizmlərin yayılmasına şərait yaradır. Hesab edirəm ki, drenaj sistemi adekvat olmayan ərazilərdəbinatikintisi və insanların yaşayışı son dərəcə zərərlidir və belə hallarayolverilməməlidir. Bu, mövcud sanitar normalara tamamilə ziddir”.


