Əməkdar artist Elza Seyidcahan bayram günü heç bir restorandan təklifi qəbul etməyib.
Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Yeni ili oğlu Ələkbərin yeni doğulan övladı Akiflə keçirmək istəyib. Seyidcahan bildirib ki, Akifi ilk bayramında tək qoymaq istəməyib:
"Mənə hələ Akif qədər yüksək qonorar verən kişi olmamışdı. Ən böyük məbləğ odur. Ona görə də bayramda heç bir təklifi qəbul etmədim. Bayramı ailəmlə birlikdə qeyd edəcəm".


