Dünya

Rusiyada güclü zəlzələ oldu

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka filialı məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb. Bölgənin sakinləri yeraltı təkanları 3 bala qədər gücdə hiss edib.

NE
Nihadə Eyyubova