Dünya

İclasa gün eynəyi ilə qatıldı — “Buna öyrəşməli olacaqsınız...”

İclasa gün eynəyi ilə qatıldı — “Buna öyrəşməli olacaqsınız...”

Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən iclasa gözündə gün eynəyi ilə qatılıb.

Demokrat.az “Le Parisien” qəzetinə istinadən xəbər verir ki, Fransa lideri sağ gözündəki problemlə əlaqədar bu addımı atıb.

“Eynəyə görə üzr istəyirəm, bu kiçik problemə görədir. Bir müddət bunları taxmalı olacağam, ona görə də buna öyrəşməli olacaqsınız”, - Makron bildirib.

Xatırladaq ki, yanvarın 15-də E.Makron ölkənin cənubunda İstr aviabazasında hərbçilər qarşısında çıxış edərkən onun sağ gözünün qızarması və şişməsidiqqət çəkib. O, bu zaman məsələnin ciddi olmadığını vurğulamışdı.

İclasa gün eynəyi ilə qatıldı — “Buna öyrəşməli olacaqsınız...”

NE
Nihadə Eyyubova