Hadisə

Bu ölkədə avtobus binaya çırpıldı: YARALILAR VAR (VİDEO)

Bu ölkədə avtobus binaya çırpıldı: YARALILAR VAR (VİDEO)

Cənubi Koreyanın paytaxtı Seulda avtobusun idarəetmədən çıxaraq səkiyə qalxması və binaya çırpılması nəticəsində bir neçə nəfər yaralanıb.

Ajans.azxəbər verir ki, avtobusda sürücü də daxil olmaqla təxminən on nəfər olub. Qəza nəticəsində azı dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, sürücü ayıq olub. Hadisənin səbəbləri araşdırılır, yaralıların dəqiq sayı isə dəqiqləşdirilir.

NE
Nihadə Eyyubova