“Əş-Şabab” radikal qruplaşması Somalinin paytaxtı Moqadişoda törədilən partlayışa görə məsuliyyəti üzərinə götürüb.
Demokrat.az “Reuters”-ə istinadla xəbər verir ki, terror təşkilatı bununla bağlı audio müraciət hazırlayıb.
“Partlayış Türkiyə və Somali qüvvələrinin karvanına qarşı yönəldilib və böyük itkilərə səbəb olub”, - “Əş-Şabab”ın mətbuat katibi Əli Mohamud Raqe bunları açıqlayıb.
Xatırladaq ki, Somalinin paytaxtında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 90-dan çox insan həlak olub, onalrın ikisinin Türkiyə vətəndaşı olduğu bildirilir.


