Daxili siyasət

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Milli Məclisin yaz sessiyası bu tarixdə başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 2-də başlayacaq.

Demokrat.az-ın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyi üçün yaz sessiyası fevralın 2-də başlayacaq. (Apa)

D
demokrat.az